
16:48
İtaliya A seriyasının XXIII turunda "Sassuolo"nu qəbul edən "Yuventus" rəqibini meydana çıxmağına peşman edib. Apasport.az saytının məlumatına görə, "qoca sinyora" "autsayderlər zonası"nda qərarlaşan rəqibinin qapısından 7 cavabsız top keçirib.
Sami Kediranın dubl etdiyi qarşılaşmada turinlilərin hücumçusu Qonzalo İquain 20 dəqiqə ərzində het-trikə imza atıb.