00:00 06-02-2018
news_image
2544
FUTBOL

Nobel alıb futbola gedən dahi - VİDEO

Dünya ədəbiyyatının dahi yazıçılarından biri Alber Kamü futbola olan marağı ilə də tanınır. O, 1957-ci ildə Nobel ədəbiyyat mükafatını aldıqdan sonra Fransada futbol matçı izlərkən kameraların obyektivinə tuş gəlib.

 

Hətta oyunun gedişində qısa açıqlama verməyə də macal tapan Kamü Nobel mükafatı haqqında sualı da cavablandırıb. Mükafat mərasiminin ardınca “Rasinq Paris”lə “Monako” arasındakı oyunu izləyən filosof Nobel mükafatının niyə ona verildiyi haqqında fikirlərini bölüşüb.

 

“Sizcə Nobel heyətinin sizi seçməsinin səbəbi nədir?” sualını Kamü belə cavablandırıb: “Açığı, bilmirəm, İsveç Alademiyasının sirrlərinə vaqif deyiləm. Səmimi düşüncəm, məndən əvvəl bir neçə yazıçı seçilməli idi. Ancaq yəqin ki, Fransanın sanıldığından daha gənc bir üzə sahib olduğunu göstərmək istəyiblər”.

 

Sözügedən hadisənin video görüntüsünü təqdim edirik.