09:12 07-02-2018
news_image

Taekvondo millimiz Avropa çempionatına medalla başlayıb

Türkiyənin İstanbul şəhərində taekvondo üzrə növbəti klublararası Avropa çempionatına start verilib. Azərbaycan Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışın ilk gün komandamız üçün uğurlu alınıb.

 

Sumqayıt GİN-nin yetirməsi Fatimə Həsənova (33 kq) yeniyetmələr arasında bürünc medala sahib olub.

 

Qeyd edək ki, fevralın 9-da başa çatacaq Avropa çempionatında gənclərdən ibarət yığmamız 17 idmançı ilə təmsil olunur. Həmçinin respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının idmançıları da bu yarışda qüvvələrini sınayacaq.