02:06 08-02-2018
news_image
832
TOP OYUNLARI

Hücumçumuz Çempionlar Liqasında məğlubiyyətə üzüldü

Qadın voleybolçular arasında Çempionlar Liqasının IV tur oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Polina Rəhimovanın forma geyindiyi “Fənərbaxça” da növbəti matçına çıxıb.

 

B qrupunda çıxış edən İstanbul təmsilçisi İtaliya “Konelyano”su ilə qarşılaşıb. Səfərdə baş tutan görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:2 (20:25, 18:25, 25:18, 25:22, 15:11).

 

Matçın gedişində “Fənərbaxça” iki set qabağa keçib, amma sonradan özündə güc tapan italiyalılar əzmkar qələbə qazana biliblər.

 

Polina Rəhimova 13 xal toplasa da, bu, qələbə üçün yetərli olmayıb.

  

Qeyd edək ki, 4 oyundan sonra aktivində 6 xal olan “Fənərbaxça” B qrupunda 3-cü pilləsində qərarlaşıb.