11:34 17-05-2008
news_image
451
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı İspaniyada keçirilən beynəlxalq turnirin qalibi olub

Bakı. Aqşin Əliyev - APA-Sport. İspaniyanın Salou şəhərində keçirilən beynəlxalq şahmat turniri başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, yarış Azərbaycanın şərəfini qoruyan Azər Mirzəyev üçün uğurlu alınıb. Belə ki, 30 yaşlı beynəlxalq qrossmeysterimiz
7 xal toplayaraq, 1-ci yeri tutub. İspaniyada yaşayan soydaşımız sonuncu, doqquzuncu turda argentinalı Pablo Lafuente ilə heç-heçə oynasa da, bu, turnirin qalibi olmağa maneçilik törətməyib. Nəticədə yarışdakı 55 rəqibinin hamısını qabaqlayan A.Mirzəyev, həmçinin 2 min avro pul mükafatına sahib çıxıb.