19:08 16-02-2018
news_image
558
TOP OYUNLARI

“Ciddi söhbətimiz olacaq” – Adnan Kistak

“Qələbəyə görə sevinirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Abşeron”un baş məşqçisi Eldar Yusubov deyib.

 

Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının V turuna start verilib. Turun ilk qarşılaşmasında “Abşeron” AVF-ni 3:0 hesabı ilə məğlub edib.

 

Görüş barədə fikirlərini açıqlayan Yusubov bildirib ki, asan qələbə qazanmalarında rəqibin əsas oyunçusunun zədələnməsinin də rolu var: “AVF-nin heyətində Kristina Yaqubovanın olmaması həlledici rol oynadı. Növbəti oyunlara köklənməliyik”.

 

AVF-nin baş məşqçisi Adnan Kistak isə Azərbaycan Voleybol Federasiyasının feysbuk səhifəsinə deyib ki, komandasının bəzi voleybolçuları xaraktersiz bir oyun göstəriblər: “Məğlub olmaq olar, amma oyunu rəqibə asanlıqla vermək olmaz. Ciddi söhbətimiz olacaq, ümidvaram növbəti matçlarda başqa komanda görəcəksiniz”.