19:04 17-02-2018
news_image
599
DİGƏR NÖVLƏR

“Ağ Olimpiada”da rekord: Heç bir qadın bunu bacarmayıb

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXXIII Qış Olimpiya Oyunları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən estafet yarışlarında Marit Bürgen Norveç komandasının heyətində qızıl medal qazanıb.

 

Beləliklə də onun Qış Olimpiadalarında qazandığı medalların sayı 13-ə çatıb. Kolleksiyasından 7 qızıl, 4 gümüş və 2 bürünc medalı olan Bürgen “Ağ Olimpiada”nın tarixində bu saya çatan ilk qadın idmançı olub.

 

O, həm də medalların sayına görə biatlonçu Ule Eynar Byorndalenə çataraq qış idman növləri ilə məşğul olan idmançılar arasında 1-2-ci yerlərə şərik çıxıb.

 

Qeyd edək ki, Yay Olimpiya Oyunlarında sadəcə bir xanım idmançı öz medal sayına görə Bürgeni qabaqlayır. Keçmiş SSRİ təmsilçisi, gimnast Larisa Latıninanın 18 (9-5-4) Olimpiya medalı var.