13:44 19-02-2018
news_image
910
TOP OYUNLARI

Türkmənistan basketbolçuları komandalarımıza yerini göstərdi

Bakıda basketbolun 3X3 növü üzrə beynəlxalq turnir keçirilib. Apasport.az saytının məlumatına görə, yalnız Türkmənistan klublarının qatıldığı yarışda Azərbaycan təmsilçiləri məğlubiyyətlə yadda qalıblar.

 

Belə ki, 8 komandanın iştirakı ilə keçirilən kişilər arasında yarışın qalibi basketbol ənənələri ilə tanınmayan qonaqlar olublar. Onlar həlledici görüşdə Tahir Baxşiyev, Zaur Paşayev, Anar Sarıyev və Fuad Niftəliyevdən ibarət “Old Dream Team”i üstələyiblər. Digər klublarımız isə bir-biriləri üzərində qələbəyə seviniblər.

 

5 komandanın qatıldığı qadınlardan ibarət yarışda da Türkmənistan basketbolçuları fərqləniblər. 2 komanda ilə təmsil olunan asiyalılar həm birinci, həm də ikinci yeri tutublar.

 

Qeyd edək ki, yığmamız IV İslam Həmrəyliyi Oyunlarında Türkmənistana qalib gəlmişdi.