02:15 20-02-2018
news_image
651
FUTBOL

“Mançester Siti” aşağı dəstə təmsilçisi ilə bacarmadı - VİDEO

Futbol üzrə İngiltərə Kubokunda daha bir 1/4 finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, aşağı dəstə təmsilçisi “Uiqan” mərhələ adlamaq sevincini yaşayıb.

 

Premyer Liqanın lideri “Mançester Siti” ilə qarşılaşan Premyerşip təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

 

Qeyd edək ki, “şəhərlilər” görüşün ikinci hissəsini bir nəfər azlıqda keçiriblər.

 

İngiltərə Kuboku

1/8 final

20 fevral

 

“Uiqan” – “Mançester Siti” – 1:0

Qol: Qriqq, 79

Qırmızı vərəqə: Delf, 45+2 (“Mançester Siti”)