09:05 22-02-2018
news_image
2116
DİGƏR NÖVLƏR

Pxençxan-2018: Təmsilçimiz finişə yenə çata bilmədi

Azərbaycan 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, bu gün yeganə təmsilçimiz Patrik Braxner dağ xizəkçiliyinin slalom yarışında bacarığını nümayiş etdirib.


106 idmançının qatıldığı mübarizədə 68-ci sıra nömrəsi ilə qüvvəsini sınayan avstriyalı legioner Soçi-2014-də olduğu kimi, bu dəfə də finişə çata bilməyib. İlk cəhddə uğursuz çıxış edən Braxner mükafatçıların müəyyənləşəcəyi ikinci yürüşə qatılmayacaq.