12:42 22-02-2018
news_image
4046
DİGƏR NÖVLƏR

CAS-dan rəsmi qərar: Rusiya medaldan məhrum oldu

Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları zamanı orqanizmində dopinq aşkarlanan rusiyalı kerlinqçi Aleksandr Kruşelnitski ilə bağlı yekun qərar verilib. Apasport.az saytının məlumatına görə, İdman Arbitraj Məhkəməsi (CAS) antidopinq qaydalarının pozulması faktının təsdiqləndiyi üçün rusiyalı idmançı yarışlardan müvəqqəti kənarlaşdırıb.

 

CAS-ın rəsmi press-relizində Kruşelnitskinin Anastasiya Brızqalova ilə cütlükdə qazandığı bürünc medalla bağlı qərar da əksini tapıb. Belə ki, bürünc mükafat rusiyalılardan alınıb. Medal onların 3-cü yer uğrunda oyunda məğlub etdiyi norveçlilərə verilib. Aleksandrın hansı müddətə diskvalifikasiya olunması barədə qərarı isə Beynəlxalq Kerlinq Federasiyası verəcək.

 

Qeyd edək ki, dopinq testi zamanı rusiyalı idmançıda meldoni preparatı aşkarlanıb.