18:31 22-02-2018
news_image

Cüdoçular Azərbaycan birinciliyinə start verdi

"Sərhədçi" Olimpiya İdman Mərkəzində U-21 gənclər arasında Azərbaycan birinciliyinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə 64 klub təmsil olunub.

 

Yarışda ümumilikdə 467 (408 oğlan, 59 qız) gənc cüdoçu mübarizə aparır. İki gün davam edəcək respublika birinciliyinin ilk günündə oğlanlarda 55 kq və 60 kq çəki dərəcələrində, qızlarda isə bütün çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.