17:28 25-02-2018
news_image
661
DİGƏR NÖVLƏR

Pxençxan-2018: Qapanış mərasimi oldu, Azərbaycan bayrağını könüllülər gətirdi - FOTOSESSİYA

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün 4 illiyin ən möhtəşəm qış yarışının qapanış mərasimi olub.

 

Əvvəlcə iştirakçı ölkələrin bayraqları arenaya daxil olub. Yarışı erkən başa vuran bir sıra digər ölkələr kimi Azərbaycanın bayrağı da meydana könüllülər tərəfindən gətirilib.

 

Atəşfəşanlıq və vizual şoulardan sonra tədbir konsert proqramı ilə davam edib.

 

Sonda isə növbəti Olimpiadanın təşkilatçısı Pekin Olimpiya bayrağını qəbul edib.