
00:17
İngiltərə “Carabao Kuboku”nda qalib bəlli olub. Apasport.az saytının məlumatına görə, finalda “Mançester Siti” ilə “Arsenal” qarşılaşıb.
Londonun “Uembli” stadionunda keçirilən həlledici qarşılaşma “şəhərlilər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. Aquero, Kompani və David Silva Mançester təmsilçisinə kuboku qazandıran qollara imza atıblar.
İngiltərə “Carabao Kuboku”
Final
25 fevral
“Arsenal” – “Mançester Siti” – 0:3
Qollar: Aquero, 18, Kompani, 58, David Silva, 65