14:52 27-02-2018
news_image
660
TOP OYUNLARI

Ukrayna - Azərbaycan matçının yeri dəqiqləşdi

Qadın voleybolçular arasında Qızıl Avropa Liqası çərçivəsində baş tutacaq Ukrayna - Azərbaycan oyununun keçirilmə yeri açıqlanıb. Apasport.az saytının məlumatına görə, rəqib Faiq Qarayevin yetirmələrini İvano-Frankovskedə qəbul edəcək.

 

İyunun 6-a təsadüf ediləcək qarşılaşma ilə qrupun son görüşü olacaq.

 

Qeyd edək ki, yığmamız A qrupunda Ukrayna ilə yanaşı, Portuqaliya və Bolqarıstanla da üz-üzə gələcək.