09:28 28-02-2018
news_image
647
DİGƏR NÖVLƏR

Tokio-2020: Talisman müəyyənləşdi

2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanları məlum olub. Apasport.az saytının məlumatına görə, yarışın rəmzi ağ-narıncı damalı geyimdəki varlıqdı.

 

Onun geyimi Tokio Oyunlarının emblemini də əks etdirir. Həmin varlığın xarakterində köhnə və yenini birləşdirmək, həmçinin köhnəyə hörmət edib təkrarlamaq və yeniyə can atmaq da var.

 

Varlığın adı yay aylarında açıqlanacaq.

 

2017-ci ilin dekabrında yarışın Təşkilat Komitəsi 3 cüt talismanın adlarını açıqlamışdı. Onların şəkilləri Yaponiya məktəblərinə göndərilib və uşaqların səsverməsi ilə müəyyənləşib. Birinci yerin sahibi 109 mindən çox səs yığıb. Bu da ümumi səslərin yarısından çoxudu.