22:27 28-02-2018
news_image
510
FUTBOL

İtaliya kubokunda ilk finalçı bilindi - VİDEO

İtaliya kubokunda ilk finalçının adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, kubokun son qalibi "Yuventus" yenidən həlledici matça vəsiqə əldə edib.

 

"Qoca sinyora" yarımfinal mərhələsində "Atalanta" üzərində qələbə qazanıb. İlk görüşdə səfərdə 1:0 hesablı qələbə qazanan turinlilər doğma azarkeşləri önündə keçirdikləri cavab matçında da 1 qolla qalib gəliblər. Bununla "Yuve" mayın 9-da Romadakı "Olimpiya" stadionunda baş tutacaq final görüşündə iştirak hüququ əldə edib.

 

 

İtaliya kuboku

Yarımfinal (cavab oyunu)

 

"Yuventus" - "Atalanta" - 1:0

Qol: Pyaniç, 75 (pen.)

İlk oyun - 1:0