09:50 21-05-2008
news_image
444
STOLÜSTÜ OYUNLAR

Yevgeni Nayer “Prezident Kuboku” turnirinin qalibi olub

Bakı. Kənan Həsənov-APA-Sport. Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident kuboku” beynəlxalq şahmat festivalı davam edir. “APA-Sport” agentliyinin məlumatına görə, veteranlar və uşaqların yarışından sonra, festivalın nüfuzlu açıq birinciliyi də başa çatıb. Qalib adını 9 oyundan 7,5 xal toplayan Yevgeni Nayer qazanıb. Rusiyalı beynəlxalq qrossmeysterə 7000 ABŞ dolları və kubok təqdim olunub. Y.Nayeri 7 xalla səkkiz şahmatçı izləyib. Yalnız əlavə əmsallara görə Azərbaycan şahmatçıları Fərid Abbasovla Qədir Hüseynov müvafiq olaraq 2-ci və 3-cü yeri tutublar. Qeyd edək ki, mükafat fondu 85000 ABŞ dolları olan “Prezident kuboku” beynəlxalq şahmat festivalına bu gün təşkil olunacaq blits turnirlə yekun vurulacaq.