10:09 21-05-2008
news_image
558
DİGƏR NÖVLƏR

Əli İsmayılov sabah “Qızıl kəmər” titulunun müdafiəsi uğrunda döyüşə çıxacaq

İndiyədək keçirdiyi 14 döyüşün 8-i nokaut olmaqla, 12-də qalib gələn Ə.İsmayılovun rəqibi Pedro Otas olacaq. Həmyerlimizdən fərqli, braziliyalı boksçu peşəkar rinqdə keçirdiyi 17 görüşün (15 nokaut) hamısında qələbə qazanıb.
Xatırladaq ki, Ə.İsmayılov çempionluq kəmərini 2007-ci ilin fevralında braziliyalı Luçano Torresi ikinci raundda nokauta salmaqla qazanıb. “Qızıl kəmər” titulunu isə ötən ilin dekabrında argentinalı Alexandro Alvares üzərində 9-cu raundda texniki nokaut qazanmaqla müdafiə edib.