19:44 07-03-2018
news_image
581
FUTBOL

Rəşad Əzizli “Qəbələ” üzərindəki qələbənin sirrini açıqladı

“Neftçi” Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində qarşılaşacağı "Keşlə” ilə oyunun hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, komanda bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında hazırlıq keçib.

 

Məşq prosesində “ağ-qaralar”ın qapıçısı Rəşad Əzizli “Neftçi TV”yə açıqlamasında “Keşlə” ilə oyuna hazırlığı dəyərləndirib: “Son qələbədən sonra komandada özünəinam daha da artıb. Hər birimiz inanırıq ki, daha da yaxşı nailiyyətlər qazanmağa hazırıq. Azarkeşlərə təşəkkürümüzü bildiririk ki, son oyunda da bizə dəstək oldular. Onların sayəsində qələbə qazandıq. “Keşlə” ilə matçda da azarkeşləri tribunalarda görmək istəyirik, çünki onların dəstəyinə çox ehtiyacımız var”.

 

Xatırladaq ki, martın 9-da keçiriləcək “Keşlə” – “Neftçi” matçı saat 18:00-da başlanacaq.