13:44 10-03-2018
news_image
439
TOP OYUNLARI

Hücumçumuzun rəqibi bilindi

Qadın voleybolçular arasında Türkiyə Sultanlar Liqasının yarımfinal cütləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Fənərbaxça” finala gedən yolda “Əzcaçıbaşı” ilə üz-üzə gələcək.

 

Digər yarımfinal cütündə isə “Qalatasaray”la “Vakıfbank” qarşılaşacaq.

 

Görüşlərin vaxtı hələlik dəqiqləşməyib.