14:45 10-03-2018
news_image
5614
TOP OYUNLARI

Azərbaycana avrokuboklara 6 klubla gedə bilər - RƏSMİ

Avropa Voleybol Konfederasiyası (CEV) qadın və kişi klubların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, avrokubokdakı çıxışa əsasən tərtib olunan siyahılarda Azərbaycan müxtəlif pillələrdə qərarlaşıb.

 

Belə ki, qadın komandaların reytinqində ölkəmiz 9-cu yerdədi. Ötən illə müqayisədə 5 pillə geriləyən Azərbaycanın aktivində 221,99 xalı var. 2014/2015, 2015/2016 və 2016/2017 mövsümlərinin nəticələrinə görə tərtib olunan cədvələ Türkiyə (489,67) başçılıq edir. Rusiya (459,34) ikinci, İtaliya (336,99) üçüncüdü.

 

9-cu yerdə qərarlaşmağımız avrokuboklara 4 komanda ilə yollanmağımıza imkan verir. Belə ki, Çempionlar Liqası və CEV kubokunda 1, “Çelenc Cup”da 2 komanda ilə iştirak edə bilərik. Qitənin ən nüfuzlu turnirində yeganə təmsilçimiz bu dəfə birbaşa qrup mərhələsində deyil, təsnifat mərhələlərində də oynamalıdı.

 

Kişi komandaların reytinqində isə ölkəmiz 39-56-cı yerlərə şərikdi. Aktivimizdə xal olmasa da, bu yer Azərbaycana Çempionlar Liqasının təsnifat mərhələsində və “Çelenc Cup”da 1 komanda ilə təmsil olunmağa imkan verir.

 

Bu siyahının ilk “üçlüy”ündə müvafiq olaraq, Rusiya (462,00), İtaliya (422,01) və Türkiyə (316,33) qərarlaşıb.