23:35 12-03-2018
news_image
4283
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov heç-heçə etdi, Kramnik vahid lider oldu - YENİLƏNİB

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən III turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Fabiano Karuana ilə üz-üzə gəlib.

 

Həmyerlimiz ABŞ təmsilçisinə qarşı qara fiqurlarla oynayıb. Məmmədyarov xal itirməyəcəyi təqdirdə, liderlər qrupunda mövqeyini möhkəmlədəcəkdi. Turun ən uzun sürən duelində həmyerlimiz rəqibi ilə "sülh" bağlayıb.

 

Bundan yararlanan Vladimir Kramnik turu qələbə ilə başa vuraraq, liderliyi ələ keçirib.

 

Sabah qrossmeysterlər istirahət edəcək. IV turun görüşləri martın 14-də baş tutacaq. Şəhriyar həmin gün autsayder Uesli So ilə qarşılaşacaq.

 

 

İddiaçılar turniri

III tur

 

Uesli So (2799, ABŞ) - Liren Ding (2769, Çin) - 0,5:0,5

Levon Aronyan (2794, Ermənistan) – Vladimir Kramnik (2800, Rusiya) - 0:1

Sergey Karyakin (2763, Rusiya) - Aleksandr Qrişuk (2767, Rusiya) - 0,5:0,5

Fabiano Karuana (2784, ABŞ) - Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - 0,5:0,5

 

Turnir cədvəli: Kramnik - 2,5; Məmmədyarov, Karuana - 2; Ding, Qrişuk - 1,5; Aronyan, Karyakin - 1; So – 0,5