11:48 12-03-2018
news_image
852
TOP OYUNLARI

Portuqaliya - Azərbaycan matçının keçiriləcəyi məkan açıqlandı

Qadın voleybolçular arasında Qızıl Avropa Liqası çərçivəsində baş tutacaq Portuqaliya - Azərbaycan oyununun keçirilmə yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, rəqib Faiq Qarayevin yetirmələrini Matozinyuş şəhərində qəbul edəcək.

 

İyunun 2-nə təsadüf ediləcək görüş İdman və Konqres Mərkəzində oynanılacaq. 

 

Qeyd edək ki, yığmamız A qrupunda Portuqaliya ilə yanaşı, Ukrayna və Bolqarıstanla üz-üzə gələcək.