00:23 15-03-2018
news_image
4611
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov autsayderlə heç-heçə etdi, Karuana zirvəyə yüksəldi - YENİLƏNİB

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən IV turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Uesli So ilə qarşılaşıb.

 

Həmyerlimiz autsayder olan ABŞ təmsilçisinə qarşı ağ fiqurlarla oynayıb. Məmmədyarovun qalib gələcəyi gözlənilsə də, proqnozlar özünü doğrultmayıb. Belə ki, Şəhriyar sonuncu pillədə qərarlaşan rəqibi ilə 30-cu gedişdə heç-heçəyə razılaşıb. 

 

Turun maraqla gözlənilən oyunlarından biri Vladimir Kramnik və Fabiano Karuana arasında keçirilib. Rəqibinə qalib gələn ABŞ şahmatçısı liderliyə yüksəlib. 

 

 

İddiaçılar turniri

IV tur

 

Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Uesli So (2799, ABŞ) - 0,5:0,5

Sergey Karyakin (2763, Rusiya) - Levon Aronyan (2794, Ermənistan) - 0:1

Aleksandr Qrişuk (2767, Rusiya) - Liren Ding (2769, Çin) - 0,5:0,5

Vladimir Kramnik (2800, Rusiya) - Fabiano Karuana (2784, ABŞ) - 0:1

 

 

Turnir cədvəli: Karuana - 3; Kramnik, Məmmədyarov - 2,5; Aronyan, Ding, Qrişuk - 2; Karyakin, So - 1