16:15 14-03-2018
news_image

Ukrayna Rusiyada keçiriləcək yarışları boykot etdi

Ukraynalı idmançılar Rusiyada keçiriləcək yarışlarda iştirak etməyəcəklər. Apasport.az saytı “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Ukraynanın gənclər və idman naziri İqor Jdanov sərəncam imzalayıb.

 

Məlumatı da elə nazir özü feysbuk səhifəsi vasitəsilə yayıb. O, sərəncamın fotosurətini paylaşaraq, ukraynalı idmançıların bundan sonra Rusiyanın ərazisində keçirilən istənilən yarışa qatılmayacağını bildirib.

 

Jdanovun sözlərinə görə, Rusiyada keçirilən yarışlar ukraynalı idmançılar üçün təhlükəlidi. Bu səbəbdən də məlum sərəncamı imzalamaq lazım gəlib.

 

Ukraynanın gənclər və idman naziri hətta beynəlxalq federasiyalara da səslənib. Jdanov onları Rusiyanın ərazisində turnirlər keçirməməyə çağırıb.