10:28 22-05-2008
news_image
410
STOLÜSTÜ OYUNLAR

Azərbaycan şahmatçısı İspaniyada keçirilən turnirdə ilk qələbəsini qazanıb

Bakı. Kənan Həsənov - APA-Sport. İspaniyanın Mostoles şəhərində təşkil olunan beynəlxalq şahmat turniri çərçivəsində II turun oyunları keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, yarışdakı yeganə təmsilçimiz Azər Mirzəyev hesabat turunu qələbə ilə başa vurub. Beynəlxalq qrossmeysterimiz ağ fiqurlarla Xoakin Gil Qrandeni (İspaniya) məğlub edib. Turnirin reytinq favoriti olan həmyerlimiz bu gün III tur çərçivəsində digər ispaniyalı Xavi Fransisko Qomez Veqa ilə qarşılaşacaq.
Qeyd edək ki, mayın 30-da başa çatacaq yarışda 81 şahmatçı mübarizə aparır.