
15:44
İngiltərə FA kubokunda 1/4 final mərhələsinin ikinci matçı keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci görüşdə “Mançester Yunayted” “Brayton” ilə qarşılaşıb.
Görüş manukunianların qələbəsi ilə yekunlaşıb – 2:0. Lukaku və Matiç fərqləniblər.
Bu qələbə ilə “Mançester Yunayted” yarımfinala yüksəlib.
Qeyd edək ki, kubokun ilk yarımfinalçısı “Tottenhem” olub.
İngiltərə FA kuboku
1/4 final
17 mart
“Mançester Yunayted” – “Brayton” – 2:0
Qollar: Lukau, 37, Matiç, 84