15:06 22-05-2008
news_image
415
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov “Prezident kuboku” beynəlxalq şahmat festivalında birinci yeri tutub

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan milli komandasının üzvü Şəhriyar Məmmədyarov Bakıda mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan “Prezident kuboku” beynəlxalq şahmat festivalında birinci yeri tutub. “APA-Sport” agentliyinin məlumatına görə, beynəlxalq qrossmeyster festivalın sonuncu günündə keçirilən blits turnirdə 7,5 xal toplayaraq qalib gəlib. Ş.Məmmədyarov bu uğuruna görə, 500 ABŞ dolları mükafat qazanıb. 2-6-cı yerləri 7 xalla Rauf Məmmədov, Qədir Hüseynov, Yevgeni Nayer (Rusiya), Aleksey Aleksandrov (Belarus) və Tamaz Gelaşvili (Gürcüstan) bölüşüblər.