10:32 24-03-2018
news_image
654
TOP OYUNLARI

Çempionu başlayacaq, “Neftçi” davam edəcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IX turun oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Novruz bayramı ilə bağlı yaranan fasilə martın 28-də başa çatacaq.

 

Həmin gün ilk olaraq meydana “Lokomotiv”lə MOİK çıxacaq. Azərbaycan çempionunun qarşılaşmasında start fiti saat 14:00-da veriləcək. Görüş Voleybol Mərkəzində olacaq.

 

Tur “Sərhədçi” – “Neftçi” və “Express” – U-18 matçları ilə davam etdiriləcək. Hər iki qarşılaşma saat 16:00-da başlayacaq. Amma ilk oyun “Sərhədçi” Olimpiya Mərkəzində təşkil olunacağı halda, digəri Voleybol Mərkəzində keçiriləcək.