
00:56
Yayda Rusiyada keçiriləcək dünya çempionatının iştirakçılarından olan İsveç millisi yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, skandinaviya təmsilçisi Çilini qəbul edib.
Stokholmda baş tutan qarşılaşmanın ilk yarısında komandalar hərəyə 1 dəfə fərqləniblər. Matçın son dəqiqələrində meydan sahiblərini cəzalandıran Cənubi Amerika komandası qələbə qazanıb.
Yoldaşlıq görüşü
24 mart
İsveç - Çili - 1:2
Qollar: Toyvonen, 23 - Vidal, 22; Bolados, 90