15:33 25-03-2018
news_image
728
TOP OYUNLARI

Lider autsayderə rəhm etmədi

Futzal üzrə Yüksək Liqada XXI turdan təxirə salınmış bir oyun keçirilib. Apasport.az saytının məlumatına görə, lider “Araz” turnir cədvəlinin əks qütbündə qərarlaşmış “Xəmsə” ilə üz-üzə gəlib.

 

Fasiləyə qədər rəqib torunu 6 dəfə silkələyən lider ikinci hissədə daha məhsuldar oyun nümayiş etdirib və yekunda 15 top fərqi ilə qələbə qazanıb.

 

Bu oyunda 6 qol vuran Bolinya bombardirlər yarışında liderliyini bir qədər də möhkəmlədib. 
 

Yüksək Liqa

XXI turdan təxirə salınmış oyun

25 mart

 

“Araz” – “Xəmsə” – 15:0
Qollar: Qalo, 1:27, 25:36, Bolinya, 2:43, 14:51, 23: 19, 28:45, 29:27, 39:43, O. Rüstəmli, 8, 10: 18, 15:34, R. Tolouei, 20:17, 34:48, A. İsmayılov, 22:36, 32:44

 

Bombardir: Thiaqo Telez (“Araz”) – 27 qol