
22:31
Martin Şkrtel ölümdən dönüb. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”nın müdafiəçisi milli komandanın heyətində ciddi təhlükə ilə üzləşib.
Belə ki, Slovakiya – Tayland yoldaşlıq matçında ikili mübarizə zamanı yıxılan Şkrtelin dili boğazına gedib. Bir anda nəfəsi dayanan və ölümlə üz-üzə qalan oyunçu həkimlərin səyi nəticəsində qurtarılıb.
Qeyd edək ki, Şkrtel karyerası ərzində “Zenit” və “Liverpul” kimi klublarda da oynayıb.