09:57 23-05-2008
news_image
718
DİGƏR NÖVLƏR

Əli İsmayılov “Qızıl kəmər”in müdafiəsi uğrunda döyüşdə braziliyalı boksçunu nokauta salıb

Rusiyanın Sankt-Peterburq şəhərindəki “Yubileynıy” İdman Sarayında baş tutan döyüşdə 34 yaşlı Ə.İsmayılov rəqibini ikinci raundda nokauta salmaqla, peşəkar rinqdə 9-u nokaut olmaqla, 13-cü qələbəsini rəsmiləşdirib. Bununla, boksçumuz ikinci dəfə “Qızıl kəmər”i özündə saxlayıb.
Xatırladaq ki, Pedro Otas Ə.İsmayılovla görüşədək keçirdiyi 17 (15-i nokaut) döyüşün hamısında qələbə qazanmışdı.