17:34 26-03-2018
news_image
1006
FUTBOL

Çin kubokunun qalibi bilindi - VİDEO

Yığma komandalar arasında keçirilən Çin kuboku turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, az öncə beynəlxalq turnirin final qarşılaşması başa çatıb.

 

Həlledici matçda Uels və Uruqvay milliləri üz-üzə gəlib. Edinson Kavaninin 49-cu dəqiqədə vurduğu qol yeganə olub və Uruqvay kuboku başı üzərinə qaldırıb.

 

Qeyd edək ki, 3-cü yer uğrunda matçda Çexiya meydan sahibi Çini 4:1 hesabı ilə məğlub edib.

 

Yoldaşlıq görüşü

26 mart

 

Uels – Uruqvay – 0:1

Qol: Kavani, 49