00:38 27-03-2018
news_image
1105
FUTBOL

Hollandiya Portuqaliyanı bir hissəyə çökdürdü - VİDEO

Bir sıra milli komandalar yoldaşlıq oyunlarında güclərini sınayırlar. Apasport.az saytının məlumatına görə, Hollandiya və Portuqaliya da bu fürsətdən istifadə ediblər.

 

Görüş “narıncılar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hollandiya hər üç qolu ilk hissədə vurub.

 

“Portağallar”ın heyətində Depay, Babel və Van Diyk fərqlənib.

 

Qeyd edək ki, martın 23-də hər iki komanda yoldaşlıq oyunu keçirmişdi. Portuqaliya Misiri 3:2 məğlub etmişdisə, Hollandiya İngiltərəyə uduzmuşdu – 0:1.