10:10 23-05-2008
news_image
576
DİGƏR NÖVLƏR

Azərbaycan boksçuları sabah AİBA prezidentinin şərəfinə təşkil olunacaq beynəlxalq turnirə qatılacaqlar

Bakı. Kənan Həsənov - APA-Sport. Azərbaycan boksçuları sabah Tayvanın paytaxtı Taypeydə start götürəcək beynəlxalq turnirə qatılacaqlar. “APA-Sport” agentliyinin məlumatına görə, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq-Kuo Vunun şərəfinə təşkil olunacaq yarışda ölkəmizi cəmi üç boksçu təmsil edəcək. Tayvana Pekin olimpiadasına lisenziya qazanan Samir Məmmədovla (51 kq) yanaşı, Famil Süleymanov (60 kq) və Emil Məhərrəmov (69 kq) ezam olunub. Boksçularımız bu turnirə Qazaxıstanın paytaxtı Astanada hazırlaşıblar.