12:40 28-03-2018
news_image
927
TOP OYUNLARI

Həmyerlimiz “Qalatasaray”ın oyununa təyinat aldı

Avropa Voleybol Konfederasiyası azərbaycanlı hakim Eldar Əliyevə növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçimiz qadın voleybolçular arasında keçiriləcək Çempionlar Liqasının pley-off mərhələsində iş başında olacaq.

 

Əliyev İtaliyada təşkil ediləcək “Novara” – “Qalatasaray” (Türkiyə) matçında hakim funksiyasını yerinə yetirəcək. O, aprelin 5-də olacaq qarşılaşmada rusiyalı Yevgeni Makşanova kömək edəcək.

 

Qeyd edək ki, istanbullular ilk görüşdə 2:3 hesabı ilə uduzublar.