
01:13
Martın 31-də Almaniyanın Baden-Baden şəhərində beynəlxalq şahmat turniri start götürəcək. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı Arkadi Naydiç təmsil edəcək.
Onun rəqibləri Maqnus Karlsen (Norveç), Fabiano Karuana (ABŞ), Vişvanatan Anand (Hindistan), Maksim Vaşye-Laqrav (Fransa), Nikita Vityuqov (Rusiya), Hou Yifan (Çin), Qeorq Mayer və Mattias Blyubaum (hər ikisi Almaniya) olacaqlar.
Baden-Baden turniri martın 9-da başa çatacaq.