15:12 29-03-2018
news_image
720
TOP OYUNLARI

Avrokubokun finalı həmyerlimizə tapşırıldı

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Zülfüqarova növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz CEV kubokunun final mərhələsinin ilk oyununu idarə edəcək.

 

Zülfüqarov Belqorodda kişi voleybolçular arasında baş tutacaq “Beleqorye” (Rusiya) – “Ziraat Bankası” (Türkiyə) matçında əsas hakim olacaq. Aprelin 3-nə təsadüf edəcək görüşdə ikinci referi funksiyasını bolqarıstanlı İvan Momirov yerinə yetirəcək.

 

Qeyd edək ki, CEV kubokunun finalı 2 qarşılaşmadan ibarətdi. Bu komandalar arasında cavab oyunu aprelin 10-da olacaq.