10:59 30-03-2018
news_image
608
TOP OYUNLARI

Natalya Məmmədova Rusiya çempionatının finalında

Qadın voleybolçular arasında Rusiya Super Liqasında yarımfinal mərhələsinin matçlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su “Uraloçka” ilə qarşılaşıb.

 

İlk görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edən Tatarıstan təmsilçisi bu dəfə də eyni hesabla qələbə qazanıb. Natalya Məmmədova görüşdə 18 xal yığmaqla, matçın bombardiri olub.

 

Beləliklə, hər 2 qarşılaşmada qələbə qazanan “Dinamo” mübarizəni finalda davam etdirəcək. Onların rəqibi isə bu gün keçiriləcək “Yenisey” – “Dinamo” (Moskva) qarşılaşmasında bilinəcək.