02:02 01-04-2018
news_image
847
FUTBOL

İbrahimoviç okeanın o tayında da boş durmur - VİDEO

Karyerasını ABŞ-da davam etdirən Zlatan İbrahimoviç okeanın o tayında debüt edib. Apasport.az saytının məlumatına görə, isveçli hücumçu MLS liqasında Los Anceles derbisində sonradan oyuna daxil olub.

 

“Los Anceles Qalaksi” ilə “Los Anceles FK”nın qarşılaşmasında, komandası 2:3 hesabı ilə geridə olarkən matça daxil olan İbra iki qol vuraraq “LA Qalaksi”yə qələbə qazandırıb.

 

Zlatanın xüsusilə də ilk qolu gözəl alınıb.

 

Matçın qısa icmalını təqdim edirik.