17:19 02-04-2018
news_image
861
FUTBOL

Qurbanovla Sadıqov Nyona yollanır

Aprelin 3-dən 6-dək İsveçrənin Nyon şəhərində “Pro” kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün seminar keçiriləcək. Apasport.az saytının məlumatına görə, tədbir UEFA-nın mənzil-qərargahında baş tutacaq.

 

“UEFA Pro licence Student exchange” adlı seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edəcək. AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq edəcəyi nümayəndə heyətində 11 məşqçi yer alıb.

 

Bunlar hazırda “Pro” kurslarında təhsil alan Samir Abasov, Mayk Bennett, Elşad Əhmədov, Baba Əsgərov, Siyasət Əsgərov, Zaur Həşimov, Vüqar Məmməd, Ramin Quliyev, Mahmud Qurbanov, Elçin Rəhmanov və Rəşad Sadıqovdu.