12:52 03-04-2018
news_image
661
TOP OYUNLARI

Yığmamızın heyəti müəyyənləşdi

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamıza rəhbərlik edəcək Vüqar Əliyev aprelin 5-10-da Bakıda keçiriləcək “Birinci Türk Universitetləri İdman Oyunları”nda güvənəcəyi “12-liy”i müəyyənləşdirib.


Baş məşqçi yarışda Odina Bayramova, Ceyran İmanova, Mariya Kirilyuk, Viktoriya Ağakişiyeva, Leysan İyovkina, Anastasiya Bessonova, Kseniya Pavlenko, Leyla Parşkova, Şəfaqət Alışanova, Yana Əzimova, Bəyaz Əliyeva və Yekaterina Jidkovaya şans verəcək.


Komandamız yarışda Qırğızıstan və Türkiyə ilə üz-üz- gələcək. İlk oyunumuz aprelin 8-də, ikinci matçımız bir gün sonra olacaq. Hər 2 görüş Voleybol Mərkəzində keçiriləcək və saat 18:00-da başlayacaq.

 

Türk Universiadasında həmçinin, kişilərdən ibarət yığmamız da qüvvəsini sınayacaq. Onların rəqibləri Türkiyə voleybolçuları olacaqlar. Komandalar ilk qarşılaşmasına aprelin 7-də, ikinci oyununa ertəsi gün çıxacaqlar. Matçlar saat 15:00-da start götürəcək.

 

Qeyd edək ki, qadınlardan ibarət millimizin heyətində soyad dəyişikliyi də diqqət çəkir. Komandamızın liberosu Ceyran Əliyeva artıq İmanova, toppaylayıcı Şəfaqət Həbibova isə Alışanova kimi meydana çıxacaq.