14:52 03-04-2018
news_image
815
TOP OYUNLARI

Fərid Cəlalovun heyəti

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Fərid Cəlalov “Birinci Türk Universitetləri İdman Oyunları” üçün 12 oyunçuya dəvət göndərib.

 

Bunlar Kənan Allahverdiyev, Asif Əliyev, Elmin Alışanov, Vüsal Rüstəmov, Dmitri Baranov, Andrey Vasilenko, İvan Kazaçkov, Ruslan Əliyev, Rudix Yaroslav, Vüqar Bayramov, Aqil Ağazadə və Tural Həsənlidi.

 

Yığmamızın rəqibi Türkiyə voleybolçuları olacaqlar. Komandalar ilk qarşılaşmasına aprelin 7-də, ikinci oyununa ertəsi gün çıxacaqlar. Matçlar saat 15:00-da başlayacaq.

 

Qeyd edək ki, Türk Universiadası aprelin 5-10-da Bakıda keçiriləcək.