19:48 04-04-2018
news_image
707
FUTBOL

Sadıqov, Qurbanov və digərləri - FOTOSESSİYA

İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar davam edir. Apasport.az saytının məlumatına görə, sözügedən tədbir aprelin 3-də start götürüb.

 

Bu ayın 6-dək davam edəcək seminarda Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edir.

 

Qeyd edək ki, AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq etdiyi nümayəndə heyəti hazırda PRO kurslarında təhsil alan Samir Abasov, Mick Bennett, Elşad Əhmədov, Baba Əsgərov, Siyasət Əsgərov, Zaur Həşimov, Vüqar Məmməd, Ramin Quliyev, Mahmud Qurbanov, Elçin Rəhmanov və Rəşad Sadıqovdan ibarətdir.

 

Seminardan hazırlanmış fotoreportajı diqqətinizə çatdırırıq. (AFFA)