11:52 05-04-2018
news_image
843
STOLÜSTÜ OYUNLAR

“ShamkirChess2018”: İştirakçılar rəsmən açıqlandı

Mərhum Azərbaycan şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi turnirin iştirakçıları müəyyənləşib. Apasport.az xəbər verir ki, XXI kateqoriyalı “ShamkirChess 2018”də 10 qrossmeyster mübarizə aparacaq.

 

Belə ki, Maqnus Karlsen (Norveç, 2843), Vladimir Kramnik (Rusiya, 2792), Dinq Liren (Çin, 2778), Sergey Karyakin (Rusiya, 2778), Aniş Giri (Hollandiya, 2777), Veselin Topalov (Bolqarıstan, 2749) və David Navaranın (Çexiya, 2745) qatılacağı turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov (2814), Teymur Rəcəbov (2748) və Rauf Məmmədov (2704) təmsil edəcək.

 

Turnirinin təntənəli açılış mərasimi aprelin 18-də Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq. 9 turdan ibarət yarışa aprelin 28-də yekun vurulacaq.