18:32 05-04-2018
news_image
399
FUTBOL

Məşqçilərimiz danışılmış oyunları müzakirə edib

İsveçrədə PRO kateqoriyası kurslarında təhsil alan məşqçilər üçün “UEFA Pro licence Student exchange” adlı seminar keçirilir. Apasport.az saytının məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında reallaşan tədbirdə Azərbaycan, Finlandiya, Serbiya və Ukraynadan olan məşqçilər iştirak edir.

 

Oyunların şəffaflığına nəzarət üzrə UEFA-nın məsul nümayəndəsi Nikolas Raudenski futbol qarşılaşmalarında nəticələrin manipulyasiyası cəhdləri və bununla mübarizə ilə bağlı seminarda mühazirə oxuyub. Daha sonra məşqçilərə sözügedən mövzuda müvafiq məlumatlar verib.

 

Qeyd edək ki, AFFA-nın texniki direktoru Bernhard Lippertin başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində Samir Abasov, Mik Bennett, Elşad Əhmədov, Baba Əsgərov, Siyasət Əsgərov, Zaur Həşimov, Vüqar Məmməd, Ramin Quliyev, Mahmud Qurbanov, Elçin Rəhmanov və Rəşad Sadıqov yer alıb.