13:43 06-04-2018
news_image
444
TOP OYUNLARI

Kseniya Poznyakın komandası Superliqada mövsümü başa vurdu

Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyakın çıxış etdiyi “Leninqradka”nın Rusiya çempionatında tutduğu yer dəqiqləşib. Apasport.az saytının məlumatına görə, blokçumuzun komandası Superliqanı 8-ci yerdə bitirib.

 

Belə ki, 5-8-ci yerlər uğrunda mübarizə aparan Sankt-Peterburq təmsilçisi sonuncu görüşündə “Zariçye-Odintsovo” ilə üz-üzə gəlib və 1:3 hesabı ilə uduzub.

 

Nəticədə Poznyakın kapitanı olduğu “Leninqradka” “Zariçye-Odintsovo”, “Proton” və “Saxalin”in qatıldığı mübarizədə sonuncu olub.