22:50 07-04-2018
news_image

Cüdoçumuz Almaniyada 2-ci yeri tutdu

Almaniyanın paytaxtı Berlin şəhərində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışına start verilib. Apasport.az saytı xəbər verir ki, beynəlxalq turnirin ilk günündə Azərbaycan millisinin üzvü Mirağa Hacıyev gümüş medal qazanıb.

 

Almaniya, Xorvatiya, İsrail və Türkiyə cüdoçularına qalib gələn Mirağa Hacıyev qızıl medal uğrunda görüşdə Türkiyə təmsilçisi Emirhan Karahana uduzaraq 2-ci yeri tutub.

 

Qeyd edək ki, Berlin turniri bu il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları verir.